"Azərpoçt" işğaldan azad olunmuş ərazilərdə fəaliyyətini davam etdirir


27.03.2024 690


İctimai TV-də yayımlanan "Qarabağ gündəliyi" verilişində "Azərpoçt" un işğaldan azad olunmuş ərazilərdə ki, fəaliyyəti ilə bağlı reportaj yayımlanıb. 
 
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova bildirib ki, 2020-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərdə poçt işinin təşkili istiqamətində davamlı olaraq işlər görülür. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub. 
 
Qeyd edib ki, hazırda Xankəndi Poçt Filialının yaradılması istiqamətində işlər görülür. 
 
Sizi həmin reportajı izləməyə dəvət edirik.
 



Onlayn konsultasiya