Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
CARD-TO-CARD XİDMƏTİ

    Pulunuzu başqa şəhərdə yaşayan və ya ölkə xaricində istirahət edən qohumlara, dostlara göndərmək istəyirsiniz?

    Bu çox asandır. Pulunuzu MilliKart şəbəkəsinə daxil olan bankların bankomatları vasitəsilə kartdan karta köçürün.
   Xidmətin üstünlükləri
   • Sərfəli tariflər.
   • Köçürmənin
MilliKart şəbəkəsində istənilən bankomat vasitəsilə köçürülməsi.
   • Köçürmənin sutkada 24 saat, həftədə 7 gün mümkünlüyü.
   • Növbəsiz və heç bir sənədin doldurulmasına ehtiyac
olmaması
   • Kart sahibinin kart nömrəsini və kartının istifadə müddətini bilmək kifayətdir

   Vəsaiti Azərpoçt MMC tərəfindən emissiya edilən kartlardan başqa MilliKart şəbəkəsində aşağıda adları qeyd olunan banklar tərəfindən emissiya edilən        kartlara da köçürə bilərsiniz:
   Unibank, Dəmirbank, Bank of Baku, Zaminbank, ASB, AccessBank, Kredobank, Aze
r-Türk Bank, NaxçıvanBank, Pasha Bank, Ekspress Bank.

         - Köçürmə iki valyutada həyata keçirilir – AZN və USD

         - Pulu bir kartdan digər karta necə köçürmək olar?

   Card-to-Card xidmətinin aparılması qaydası
 
   1. Kartı bankomata daxil edin:

   Ekranda «İstədiyiniz dili seçin» məlumatı əks olunur:

        - Azərbaycan

        -

        - English

   2. İstədiyiniz dili menyudan seçib yanında olan düyməni basın

   Ekranda
 «Lütfən Pin-kodunuzu yığın sonra ENTER düyməsini basın» məlumatı əks olunur

   3. Pin-kodunuzu daxil edib ENTER düyməsini basın

   Ekranda
 «İstədiyiniz əməliyyatı seçin» məlumatı əks olunur

Ödəmələr

Nağd Pul

Pul köçürmələri

Hesabda Qalıq

Pin-kodun dəyişdirilməsi

Hesabdan çıxarış


   4. «Pul köçürmələri» əməliyyatı seçilib ENTER düyməsi basılır;
   Ekranda
 «Valyuta seçimi» məlumatı əks olunur

        - AZN

        - USD

        - və imtina etmək

   5. Valyuta növü seçilib ENTER və ya əks təqdirdə İmtina etmək düyməsi basılır

    Ekranda
 «Xahiş olunur məbləği köçürəcəyiniz kartın nömrəsini daxil edin» məlumatı əks olunur

         - İmtina etmək

         - Davam

         - Düzəliş

    6. Pul köçürmək istədiyiniz kartın 16 rəqəmli nömrəsi daxil edilib Davam və ya ENTER düyməsi basılır

    Ekranda
 «Kartın nömrəsini təkrar daxil edin» məlumatı əks olunur

    7. Pul köçürmək istədiyiniz kartın 16 rəqəmli nömrəsi bir daha daxil edilir

    Ekranda
 «Kartın istifadə müddətini daxil edin» məlumatı əks olunur 
    Yığılma qaydası: AY/İL  12/10

         - İmtina etmək

         - Davam

         - Düzəliş

     8. Pul köçürmək istədiyiniz kartın istifadə müddəti göstərilən formatda daxil edilir
 
     Ekranda
 «Köçürüləcək məbləği daxil edin» məlumatı əks olunur

         - Davam

         - Düzəliş

     9. Köçürmək istədiyiniz məbləği daxil edib ENTER düyməsini basın

     Ekranda
 
     «Köçürməni təsdiq edirsinizmi»

         - Kartın nömrəsi

         - Məbləğ

         - Əməliyyat bitmişdir

         - Xeyr

         - Bəli

     10. Köçürmə təsdiqlənir və əməliyyat bitmiş hesab olunur.

 

 

 

 

Alış Satış
1.7950 1.8750
1.6550 1.7100
0.0292 0.0300
GBP 2.1100 2.2300
SDR 1 SDR 2,3309