Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
SMS XƏBƏRDARLIQ

Azərpoçt MMC kart sahiblərinə elektron bankinq xidmətlərindən olan » SMS Xәbәrdarlıq xidmətini təklif edir.

Kartınızda nə qədər vəsaitin olduğunu bilmək istəyirsinizmi?
Həmin vəsait hesaba nə zaman mədaxil edilmişdir?
Harada və nə zaman xərclənib?
Kartla keçirilən əməliyyatların təhlükəsizliyini artırmaq?

Bu çox asandır. SMS-xəbərdarlıq xidmətini qoşun və siz hər şeyi mobil telefonunuzun ekranında görəcəksiniz! SMS Xәbәrdarlıq Azərpoçt MMC-nin yeni mәlumatlandırma xidmәtidir. Siz SMS-Xəbərdarlıq xidməti vasitəsilə evdən və ya ofisdən çıxmayaraq hesabınızı idarə edə bilərsiniz. Bu xidmәt vasitәsilә ödəniş kartınızın hesabındakı bütün әmәliyyatlar barәdә online rejimindә xәbәrdar edilirsiniz. Hesabınıza pul vәsaiti mədaxil, yaxud hesabınızdan məxaric edildiyi zaman mobil telefonunuza әmәliyyat haqqında mәlumat verәn SMS göndәrilәcәk. Belәliklә, Siz әmәk haqqınızın ödәnildiyini, pul köçürmәsinin gәldiyini vә digәr kart әmәliyyatları barədə dərhal xәbәrdar ediləcəksiniz. Hәftәnin 7 günü vә günün 24 saatı mәkandan vә zamandan asılı olmayaraq ödəniş kartınızın hesabı nәzarәtiniz altında olacaq.

Sistemin üstünlükləri

  • Xidmətin istənilən mobil nömrəsinə qoşulma imkanı (Azercell, Bakcell, Nar Mobile);
  • Hər SMS-ə görə mobil nömrənizin balansından pul tutulmaması (sadəcə olaraq kart hesabınızdan aylıq xidmət haqqı çıxılacaq)
  • Tәsdiq әmәliyyatından sonra mobil telefonunuza xidmәtә qoşulduğunuzu bildirәn SMS mesajı gәlәcәkdir. Mesaj almadıqda MilliKart MMC-nin CallCenter-nə (+994124312202) zәng edin.
  • Xidmətə MilliKart şəbəkəsinə daxil olan bankların bankomatından qoşulmaq imkanı;
  • Xidmətə istənilən mobil nömrənin qoşulmaq imkanı; 
  • Telefonunuzda müvafiq mobil operatorun kartını dəyişmədən;
  • Mobil Operatorların filiallarına müraciət etmədən;
  • Real vaxt rejimində məlumatın alınması;
  • Yerləşdiyiniz yerdən və vaxtdan asılı olmaması. 

SMS-xəbərdarlıq xidməti çərçivəsində siz aşağıda adları çəkilən xidmətləri əldə edirsiniz:
• Hesaba pul vəsaitinin mədaxil olması haqqında onlayn məlumat;
• Ödəniş kartı vasitəsilə hesab üzrə gedən məxarıc haqqında məlumat;

8893 xidmət nömrəsinə SMS müraciətin yönəldilməsi vasitəsilə əldə edirsiniz:
• Ödəniş kartını bloklaşdırmaq (sorğunun formatı: STOP);
• Cari qalıq haqqında məlumat əldə etmək (sorğunun formatı: BALANS);
• Ödəniş kartı üzrə kiçik hesabdan çıxarış almaq (sorğunun formatı: STATE);
• Kartın cari statusunu öyrənmək (sorğunun formatı: STATUS);
• Bütün ödəniş kartlarınızın siyahısını əldə etmək (sorğunun formatı: CLİST);
• Alınan SMS mesajların dilini dəyişmək (sorğunun formatı: LANG);
• Sorğuların siyahısını almaq (sorğunun formatı: HELP).

Bankomat vasitəsilə xidmətə qoşulan zaman rüsum avtomatik olaraq Azərpoçt MMC-nin "Ödəniş kartlarına dair tarifləri"-nə əsasən silinəcəkdir.
Xidmətin aylıq dəyəri 1 AZN.

1-Cİ ADDIM: Bankomatın menyusunda "Xidmətlər"-i seçin.
2-Cİ ADDIM: "Xidmətlər" menyusunda "SMS-Banking"-i seçin.
3-CÜ ADDIM: "SMS-Banking" menyusunda "Aktivləşdirmə"-ni seçin.
Eyni zamanda bu menyuda xidməti deaktivləşdirmə və ya SMS gələcək mobil telefon nömrəsini dəyişmək mümkündür.
4-CÜ ADDIM: Xidmətin aktivləşdirilməsi üçün mobil telefonun nömrəsini qeyd edin.
5-Cİ ADDIM: Mobil telefon nömrəsini təkrarən daxil edin.
6-Cİ ADDIM: Xidmətin istifadə müddətini daxil edin.
7-Cİ ADDIM: Xidmətə görə komissiya silinməsinin təsdiqindən sonra xidmət aktivləşəcəkdir.

SMS Xәbәrdarlıq ilә hesabınızdan hәr zaman vә hәr yerdә xәbәrdar olun!

Alış Satış
1.8350 1.9300
1.7300 1.8200
0.0299 0.0315
GBP 2.1500 2.2700
SDR 1 SDR 2,3502