Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Biznes xidmətləri

 

İnternet xidməti

"Azərpoçt" Dövlət Müəssisəsinin bir neçə Poçt filiallarında və poçt şöbələrində əhali üçün internet xidmətlərinin göstərilməsi həyata keçirilir. Hələlik Bakı şəhərində 6 PŞ-də, Ağdam və Şamaxı rayonlarının hər birində isə 1 PŞ-də internet xidmətləri göstərilir. Bu sahədə işlər uğurla davam etdirilir və internet xidmətləri göstərən PŞ-lərin sayı artırılır.

Sürətçıxarma və Faks xidməti

Respublikada fəaliyyət göstərən dövlət və özəl müəssisələrlə, şirkətlərlə bağlanmış müqavilələrə əsasən PŞ-lərdə quraşdırılmış sürətçıxaran və faks aparatları vastəsilə əhaliyə yüksək səviyədə sürətçıxarma və faks xidməti göstərilir. Respublikanın bütün poçt filiallarında və MPŞ-lərdə bu xidmət növləri yüksək səviyyədə həyata keçirilir.

Kommersiya xidməti

    Respublikada fəaliyyət göstərən dövlət və özəl müəssisələrlə, şirkətlərlə bağlanmış müqavilələrə əsasən PŞ-lərdə müxtəlif növlərdə kommersiya mallarının və telefon istifadəçiləri üçün ödəniş kartlarının satışı həyata keçirilir.

Aylıq abunə, şəhərlərarası telefon danışıq haqlarının qəbulu

    "Aztelekom"MMC, "BTRİB", "Azərcell"MMC, "Bakcell"MMC, "Ultel" MMC və "Katel"MMC-ləri ilə baglanmış müqavilələrə əsasən PŞ-lərdə abonentlərdən aylıq abunə və şəhərlərarası telefon danışıq haqları qəbul olunur. Eyni zamanda "Aztelekom"MMC-nin,"BTRİB"-in və "Azərcell"MMC-nin abonentlərinə PŞ-lər və Azərekspresspoçt tərəfindən telefon danışıq borclarının bildirişləri, fakturaları çatdırılır.

Telefon danışıq xldməti

    "Aztelekom"MMC, "BTRİB" və "Azərcell"MMC ilə bağlanmış müqavilələrə əsasən PŞ-lərdə və Respubilkanın şəhər və rayonlarının xidmət ərazilərində əhaliyə yüksək səviyyəli telefon danışıq xidməti göstərilir.

Alış Satış
1.8100 1.8650
1.6800 1.7220
0.0288 0.0298
GBP 2.0600 2.1500
SDR 1 SDR 2,3327