“Müasir xilaskarlar” poçt blokunda


14.01.2019 1196


Yanvarın 18-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi “Müasir xilaskarlar” adlı poçt blokunu dövriyyəyə buraxacaq.

Blokun əsasında - Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Aparatının emblemi, “İlk gün” zərfinin üzərində isə - Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin öz emblemi əks olunub.

Layihə dizayner rəssam-Tatyana Kuznecovaya məxsusdur. Poçt blokunun tiraji 20 min nüsxə təşkil edəcək.

Poçt blokunun dövriyyəyə buraxıldığı gün Minskdə 1№ li poçt rabitəsi şöbəsində (“Filateliya” mağazası, Moskovskaya küçəsi, 16) “İlk gün” zərfinin üzərinə xüsusi həkketmə həyata keçiriləcək.

Qeyd edək ki, Belarus Respublikasında istənilən fövqəladə hallara cavab verməyə hazır olan mükəmməl bir xilasetmə xidməti yaradılıb. Onlar iri texnogen qəzaların aradan qaldırılmasında, təbii kataklizmlərə qarşı mübarizədə öz peşəkarlığını dəfələrlə nümayiş etdiriblər.Hər gün insan həyatı xilas edən insanların devizi “Peşəkarlıq. Cəsurluq. Şərəf”dir. Onlara görə, xilaskar - sadəcə peşə deyil, eyni zamanda – bir bacarıq və həyat tərzinə çevrilməlidir.



Onlayn konsultasiya