Məşhur memarlarımız markalarda


12.02.2019 2074


“Azərmarka” MMC və Azərbaycan Memarlar İttifaqı markalı kitab layihəsinə imza atıb. Səhifə sayı 44 vərəq olan bu kitabda XX əsrin ikinci yarısında yaşayıb-yaratmış Azərbaycan memarlarından söz açılır. Markalı  kitaba hər biri 4 markadan ibarət 3 blok daxil edilib. Kitabın ölçüləri 177x200 mm, blokların ölçüləri 75x90 mm, markaların ölçüləri isə 26x37 mm-dir.

Bloklara daxil olan markalar:

1.     Əməkdar memar İlham Əliyev

2.     Memar Vadim Şulqin

3.     Mühəndis-memar Sənan Sultanov  

4.     Əməkdar memar Pərviz Hüseynov

5.     Əməkdar memar Hacımurad Şuqayev 

6.     Əməkdar memar Avrora Salamova

7.     Əməkdar memar Fira Rüstəmbəyova 

8.     Əməkdar memar Abram Surkin 

9.     Professor Əbdülvahab Salamzadə

10.   Memar Davud Axundov

11.   Memar Tələt Dadaşov 

12.   Memar Boris Revazov

Tiraj hər blokdan 5 min ədəd olmaqla 15 min ədəd təşkil edib. Poçt markalı kitab “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb. Layihə “Bobruisk Integrated Printing House” çap evində işiq üzü görüb.

Qeyd edək ki, buraxılışa əlavə olaraq «Birinci gün zərfləri” hazırlanıb. Hər poçt blokundan 100 zərf olmaqla, ümumilikdə  300 zərf artıq satışa buraxılıb.



Onlayn konsultasiya