Yaponiyada Olimpiya xatirə markaları buraxılacaq


15.02.2019 1591


Yaponiya  poçtu  2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunları ilə əlaqədar  xüsusi  xatirə markaları poçt dövriyyəsinə buraxacaq.

Layihəyə əsasən, üzərində  Oyunların  embleminin, "Miraytova” və "Someyti” adlı talismanların olduğu hər vərəqdə 10 marka yerləşəcək.

Markalarda həmçinin tikintisi hələ davam edən yeni milli stadionun və 1964-cü ildə Tokio Olimpiadasının keçirildiyi idman obyektinin əks olunacağı da bildirilir. Üzərində markalar olan hər vərəqin qiyməti 920  yen  və  ya  təqribən  8  dollar 40 sent olacaq.

Yaponiya poçtu bu vərəqdən bir milyon ədəd buraxacaq və martın 12-dən satışa çıxarılacaq.



Onlayn konsultasiya