"Azərpoçt" MMC-nin əməkdaşı 1-ci oldu


15.02.2019 1694


“Sağlamlıq – 2018” Respublika Spartakiadası çərçivəsində son olaraq stolüstü tennis oyunları keçirilib.
Yarışda 30 nəfərdən ibarət 8 komanda iştirak edib. Nəticələrə əsasən, komanda hesabında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin komandası fərqlənərək I yerin qalibi olub. Dövlət Radiotezliklər İdarəsinin komandası ikinciliyə, Məlumat Hesablama Mərkəzinin komandası üçüncülüyə layiq görülüb.
Şəxsi hesabda qadınlarda arasında isə birinciliyi “Azərpoçt” MMC-nin əməkdaşı Nəcəfova Şəfəq, ikinciliyi Məlumat Hesablama Mərkəzinin əməkdaşı Əlizadə Nəzrin, üçüncülüyü “Aztelekom” MMC-nin əməkdaşı Sadıqova Esmiralda qazanıb.
Şəxsi hesabda kişilər arasında I yeri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əliyev Emin, II yeri Məlumat Hesablama Mərkəzinin əməkdaşı Əkbərov İlqar, III yeri Dövlət Radiotezliklər İdarəsinin əməkdaşı Məmmədov Taleh tutub.

 



Onlayn konsultasiya