May böcəyi
18.02.2019
2162
Latviyanın poçt operatoru “Latvijas pasts” "Latviyanın Təbiət Tarixi Muzeyinin unikal əsərləri" seriyasından olan “may böcəyi” adlı poçt məhsulunu dövriyyəyə buraxıb.
Bu seriyada olan markalar ilk dəfə 2015-ci ildən tədavülə buraxılıb. Bu dəfəki buraxılış isə məhz may böcəyinə həsr olunub.
Poçt markasının nominal dəyəri 1 avro 57 sent, tiraji isə 100 min nüsxə təşkil edir.
Poçt məhsulu “Baltijas Banknote Latvija” çap evində işiq üzü görüb. Dizaynı Qirts Qrivaya məxsusdur.
Qeyd edək ki, Gnorimus Nobilis adlanan bu may böcəyi böyük və yaşlı ağacların boşluğunda yaşayan həşəratdır. Qorunan növlər siyahısına daxil olan Latviya böcəklərindən biridir.