Dünyanın müxtəlif guşələrindən salam!


05.03.2019 1624


Mart ayının 6-da Belarus Respublikasının bütün poçt rabitəsi şöbələrində “Postkrosser günü” tədbiri keçiriləcək. Eyni vaxtda 10 və daha artıq beynəlxalq adi poçt kartı göndərən müştərilər onların göndəriş haqqını 10% güzəştlə ödəyə biləcəklər.

Postcrossing (postkrossinq)—poçt kartlarının və markalarının mübadiləsi üzrə beynəlxalq onlayn-layihə, dünyanın müxtəlif guşələrindən olan insanları birləşdirən layihədir. Hər gün bütün dünyanı minlərcə açıqca dolaşır.

Sizə də başqa ölkədən soraq gəlməsini istəyirsinizsə, http://www.postcrossing.com/ saytında qeydiyyatdan keçin və qısa müddətdə  “Belpoçta” RUM tərəfindən sevgi ilə çatdırılacaq poçt kartını qəbul edin!  



Onlayn konsultasiya