“Çığırğan qartalça” poçt markasında


07.03.2019 359


Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi martın 12-də “İlin quşu” seriya çərçivəsində “Çığırğan qartalça” adlı poçt markasını dövriyyəyə buraxacaq.

Hər vərəq yeddi markadan və bir kupondan ibarətdir. Vərəqin ölçüsü 130х94 mm, markanın ölçüsü isə 26х37 mm nəzərdə tutulub.

Markanın “R” nominalı üstün olmamaqla 20 qrama qədər çəkisi olan beynəlxalq sadə yazılı korrespondensiya (məktub, banderol, kiçik zərf) göndərişi tarifinə uyğundur.

Poçt markası A. T. Nepoqodina adına “Bobruyskiy” çap evində işiq üzü görəcək. Tiraji 56 min nüsxə təşkil olunacaq.

Buraxılışa əlavə olaraq “İlk gün” zərfi və xüsusi ştempel hazırlanacaq. Zərfin və ştempelin rəssamı A.Mityanin, dizayneri isə M. Vitkovskiyə məxsusdur.

Poçt markasının dövriyyəyə buraxıldığı vaxt, yəni mart ayının 12-də, Minskdə 1№ li poçt rabitəsi şöbəsində (“Filateliya” mağazası, Moskovskaya küçəsi, 16) “İlk gün” zərfinin üzərinə xüsusi həkketmə həyata keçiriləcək. 

Qeyd edək ki, çığırğan qartalça Avropa və Asiyada yayılan qartal növlərindən biridir. Mart, aprel və sentyabr aylarında dağda, düzəndə görünür. Seyrək hündür ağac olan sahələri xoşlayır. Azərbaycanda miqrant populyasiyası qurbağa, kərtənkələ, siçanabənzər gəmiricilər və quşlar ilə yemlənir. Lakin yediyi quşların çoxu ovçular tərəfindən yaralanmış olanlardır.

XX əsrin axırına qədər adi saylı, sonralar isə nadir olub. Son 10 ildə qışlamasını heç kim görməyib.



Onlayn konsultasiya