Poçt göyərçini fantastik qiymətə satıldı


12.04.2019 3077


Belçikada poçt göyərçini rekord qiymətə - 1,2 milyon avroya satılıb. Bu barədə "Pipa" hərrac evi məlumat yayıb.

"Armando" adlı göyərçini Çindən olan, kimliyi açıqlanmayan milyonçu alıb. Poçt göyərçini gündəlik 1100 kilometrdən çox məsafə qət edə bilir. Onun orta uçuş sürəti saatda 90 kilometrə yaxındır. Maksimal sürəti isə saatda 150 kilometrə çatır.

Ticarət sessiyasında ümumilikdə iki milyon avro məbləğində 178 Flandriya göyərçini satılıb.

Qeyd edək ki, göyərçinlər kifayət qədər qədimdən insanlar  tərəfindən  əhilləşdirilməyə  başlanıb. İnsanlar  onlardan  poçtalyon kimi  də istifadə ediblər. 11-ci və 12-ci əsirlərdə göyərçinlər  cins  atlar  qədər qiymətli olublar. Poçt göyərçinləri uzaq məsafələri qət edə bilirlər. Ən uzaq məsafəyə uçan göyərçinin rekordu 1689 mil-dir, yəni təxminən 2719 km-dir.

 



Onlayn konsultasiya