Məşhur məşqçiyə marka həsr olundu


19.04.2019 1752


Ukrayna poçtu dünya futbol tarixində məşhur məşqçilərdən biri olan Valeriy Lobanovskinin 80 illik yubileyinə həsr olunan poçt markasını dövriyyəyə buraxıb.

Markanın nominal dəyəri 8,00 qriven, tiraji isə 130 min nüsxə təşkil edir. Dizaynı və rəsmi Vasiliy Vasilenkoya məxsus olan bu poçt vərəqi 140х125 mm ölçülərində təqdim edilib. Hər vərəq doqquz markadan ibarətdir. Markaların ölçüləri isə 40х28 mm-dir.

Valeriy Lobanovskiyə həsr olunan bu layihənin önəmli tərəfi isə xüsusi ştempelin hazırlanması və üzərinə həkketmə həyata keçirilməsidir.

Qeyd edək ki, tədbirdə infrastruktur naziri Vladimir Omelyan, məşqçinın qızı Svetlana Lobanovskaya, Ukrayna Futbol Federasiyasının baş katibi Yuri Zapisotskiy, “Ukrpochta”nın baş direktoru İqor Smelyanskiy və Valeriy Vasilyeviçin ulduz şagirdləri İqor Belanov və Oleq Bloxin iştirak ediblər.



Onlayn konsultasiya