“Azərbaycan Qran Prisi- 2019” poçt blokunda və suvenir vərəqdə


23.04.2019 1612


"Azərbaycan Qran Prisi-2019” adlı poçt bloku və suvenir vərəqi dövriyyəyə buraxılib. Poçt məhsulları 26-28 aprel tarixlərində Bakıda keçiriləcək “Formula” Azərbaycan Qran Prisinə həsr edilib.

Poçt bloku 95x100 mm ölçülərində hazırlanıb və bir 40x40 mm ölçülərində olan markadan ibarətdir. Suvenir vərəq 132x180 mm ölçülərindədir. Eyni zamanda  51x37.5 mm ölçülərdə səkkiz markadan ibarətdir.

Bu orijinal poçt markalı vərəq və blok “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb. Layihə Fransanın “Cartor Security Printing” çap evində işiq üzü görüb.

Qeyd edək ki, həm poçt blokunun,  həm də suvenir vərəqin tiraji 10 min nüsxə təşkil edir.

 



Onlayn konsultasiya