“Avropa 2019. Quşlar” silsiləsindən poçt markası


25.04.2019 2228


Polşa poçtu “Avropa 2019. Quşlar” seriyası çərçivəsində poçt markasını dövriyyəyə buraxıb. Poçt markasının üzərində gözəl səsə malik olan şəfəq quşu təsvir olunub. Poçt vərəqi 9 markadan ibarətdir və ölçüləri 40.5х40.5 mm-dir. Şəfəq quşuna həsr olunan bu poçt markasının nominal dəyəri 5 PLN, tiraji isə 180 min nüsxə təşkil edir. Layihə rəssam Andjey Qosika məxsusdur.  Buraxılışa əlavə olaraq poçt zərfi və xüsusi ştempel də hazırlanıb.

Qeyd edək ki, döşü şəfəq rəngində olduğuna görə bu quşa şəfəq quşu deyilir. Bu quş çox soyuq iqlimdə yaşaya bilir. Ona görə də qışda başqa ölkələrə uçmur. Ən çox Avropada, Qərbi Asiya, Şimali Afrikada və Şərqdə məskunlaşır. Ormanlar və hər cür parklarda, çox vaxt insanın sığınacaq yerində yaşayır. 

Şəfəq quşu cəld quşdur və başqa quşlardan fərqli olaraq balaları uçmağı öyrənənə kimi onlara yem daşıyır.



Onlayn konsultasiya