“Quşlar” seriyasına həsr olunan poçt markaları davam edir


01.05.2019 2006


9 May 2019-cu il tarixində Qırğız Respublikasının İnformasiya Texnologiyaları və Rabitə Komitəsi Qırğızıstanın "İlin Quşu. Dovdaq" adlı poçt markasını dövriyyəyə buraxacaq.

Poçt markasının nominal dəyəri 150 SOM, tiraji isə 6 min nüsxə təşkil edir. Markalar kiçik vərəqlərdə, 34.00 х 34.00 mm ölçülərində, “Nova İmprim” çap evində işiq üzü görüb. Hər vərəq 4 markadan ibarətdir. Vərəqlərin ölçüləri isə 100,00 х 134,00 mm-dir. Layihə dizayner rəssam Darya Mayyerə məxsusdur.

Qeyd edək ki, dovdaq quşu durnakimilər dəstəsindəndir və nadir, qışlayan bir quşdur. Dovdaqlar əsasən, Asiyanın çöl və düzənlik ərazilərində yaşayırlar. Bu növ Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Əvvəllər Qızılağac qoruğunda, Acınohur, Muğan və Şirvan çöllərində rast gəlinirdi, hazırda Kür-Araz ovalığının çöl rayonlarında görülür.



Onlayn konsultasiya