“Avropa proqramı seriyası” çərçivəsində yeni marka


03.05.2019 275


May ayının 9-da “Avropa proqramı seriyası” çərçivəsində quşlara həsr olunan iki marka poçt dövriyyəsinə buraxılacaq.

Bu dəfəki poçt markasının üzərində leylək cinsinə aid olan ağ leylək və körpəsi təsvir olunub. Markada ənənəvi olaraq əks olunan Avropa loqotipi bu dəfə də yer alıb.

Poçt vərəqi 110х99 mm ölçülərində hazırlanıb və 6 markadan ibarətdir. Markaların ölçüləri 28х40 mm, tiraji isə 42 min nüsxədir. Bundan əlavə dörd ədəd marka kiçik vərəqdə çap olunacaq və tiraji 12 min nüsxə təşkil edəcək.

Poçt markaları A.T.Nepoqodina adına “Bobruyskiy” çap evində işiq üzü görəcək. Buraxılışa əlavə olaraq “İlk gün” zərfi və xüsusi ştempel hazırlanacaq. Zərfin və ştempelin rəssamı A.Mityanin, dizayneri isə M. Vitkovskiyə məxsusdur. Poçt markalarının dövriyyəyə buraxıldığı vaxt Minskdə 1№ li poçt rabitəsi şöbəsində (“Filateliya” mağazası, Moskovskaya küçəsi, 16) “İlk gün” zərfinin üzərinə xüsusi həkketmə həyata keçiriləcək.  

Qeyd edək ki, iri bataqlıq quşunun ağ növü leyləklərin ən tanınmış nümayəndəsidir. Bu quş əsasən ağ rəngdə, qanadlarının uc hissələri isə qara rəngdədir. Ağ leyləyin boynu uzun, dimdiyi nazik və uzun, ayaqları isə uzun, qırmızıya oxşar rəngdədir.

 



Onlayn konsultasiya