Elektron televiziya yaradıcısına həsr olunan marka


07.05.2019 2298


Elektron televizorun ilk patentini alan professor, alim Boris Rozinqin 150 illik yubileyinə həsr olunan marka poçt dövriyyəsinə buraxılıb. Original markanın üzərində elektron–şüalanan trubkanın və “KVN-49” adlı  TV qəbuledici fonunda Boris Rozinqin portreti əks olunub.  
Poçt markası 42х30 mm ölçülərində və 32 rubl nominal dəyərində tədavülə buraxılıb, tiraji 160 min nüsxə təşkil edir. 
Markanın buraxılışına əlavə olaraq Moskva, Sankt-Peterburq, Arxangelsk və Krasnodar şəhərləri üçün birinci gün zərfləri və ştempel də hazırlanıb, üzərinə xüsusi həkketmə həyata keçirilib. Çox qısa zamanda poçt markası ölkənin bütün poçt şöbələrində satışa çıxarılacaq. 
Qeyd edək ki, Boris Rozinq televiziyada ilk təcrübələrin müəllifi, elektron televiziya ixtiraçısı olub. Peterburq Texnologiyalar İnstitunun professoru Boris Rozinq 1907-ci ildə Rusiya, Böyük Britaniya və Almaniyada “görüntünün elektriklə ötürülməsi yolu” üçün patent alıb. Bununla da Rozinq hazırda bütün televizor və monitorlarda istifadə edilən kineskopun prototipini yaradıb. O zamanlar bu, elektron–şüalanan trubka adlanırdı.
 


Onlayn konsultasiya