Mustay Kərimə həsr olunan marka


14.05.2019 2045


Başqırdıstanın xalq şairi və dramaturqu Mustay Kərimin anadan olmasının 100 illik yubileyinə həsr olunan poçt markası dövriyyəyə buraxılacaq. Orijinal poçt markasında başqırd mənzərəsinin fonunda Mustay Kərimin portreti öz əksini tapır. Poçt markasının nominal dəyəri 35 rubl, tiraji isə 128 min nüsxə təşkil edir. Poçt vərəqləri 8 markadan ibarətdir və 117.5×117.5 mm ölçülərində hazırlanır. Hər markanın ölçüsü isə  32.5×32.5 mm təşkil olunub. Layihə dizayner rəssam X.Betredinova məxsusdur.

Marka buraxılışı ilə yanaşı Moskva, Sankt-Peterburq, Ufa şəhərləri üçün birinci gün zərfləri və ştempel də hazırlanacaq.

Qeyd edək ki, "Gənclik" nəşriyyatının çap elədiyi "Dağlar da insan kimidir" (redaktoru İ.Tapdıq) şerlər kitabı ilə Başqırdıstanın xalq şairi Mustay Kərim bizə daha da doğmalaşıb. 

 



Onlayn konsultasiya