PostEurop Avropa markaları müsabiqəsinə start verildi
15.05.2019
1895
Ənənəvi olaraq hər il keçirilən PostEurop Avropa markaları müsabiqəsinə start verilib. 9 May tarixindən 9 sentyabr tarixinədək davam edəcək müsabiqədə sadəcə identifikasiya simvolu ilə xüsusi poçt markaları nəşr etmək hüququna malik olan PostEurop-un üzv ölkələrinin milli poçt operatorları iştirak edir. Müsabiqənin mövzusu PostEurop-un marka və filatelistlər üzrə işçi qrupu tərəfindən seçilir. Bu ilin mövzusu “Milli quşlar” olub. Səsvermə xüsusi internet saytda, onlayn rejimdə keçiriləcək.
Qeyd edək ki, Avropa poçt markaları dünyada ən çox tələb olunan və populyar markalardan biridir. EUROPA simvolu ilə ilk poçt markası 1956-cı ildə buraxılıb. Məhz bu vaxtdan etibarən Avropa markalarının müsabiqəsi keçirilməyə başlayıb.
Ötən il müsabiqənin qızıl qalibi Türkiyə, gümüş qalibi Polşa, bürünc qalibi isə Gürcüstan olub.