“Belpoçta”dan maraqlı layihə


22.05.2019 1842


Belarusun “Belpoçta” Respublika Unitar Müəssisəsi (RUM) “Poçt bilgisi” layihəsi çərçivəsində “Kiçik Vətən” adlı poçt açıqçalarını hazırlamaq üçün məktəbliləri bir araya toplayıb. Mayın 21-də təşkil olunan master-klass Belarus Respublikasının paytaxt məktəb və gimnaziyalarında keçirilib.

Tədbir çərçivəsində “Belpoçta” RUM mütəxəssisləri məktəblilərə poçt tarixindən, xidmətlərindən habelə poçt kartlarının və “Postkrossinq” markalarının mübadiləsi üzrə beynəlxalq onlayn-layihə haqda məlumat verərək oyun şəklində düzgün ünvan yazmağı izah ediblər.

Məktəblilər də öz növbələrində poçt kartları, ştamplar və məktublar haqqında bildikləri məlumatları qonaqlarla bölüşüb, öz kiçik vətənlərinin rəsmini çəkib, açıqcaları imzalayaraq doğmalarına və dostlarına göndəriblər.

Tədbirin sonunda bütün şagirdlərə poçt xatirə suvenirləri təqdim olunub.



Onlayn konsultasiya