Ümumdünya Poçt İttifaqının 145 illiyi qeyd olunacaq


14.06.2019 2085


Bu il Ümumdünya Poçt İttifaqının 145 illiyidir. Bu münasibətlə qurum tərəfindən bir sıra layihələr həyata keçiriləcək. Bayram tədbirləri çərçivəsində İttifaqın baş ofisi yerləşdiyi ərazinin həyətində ağac əkiləcək. Eyni zamanda 9 oktyabr- Ümumdünya Poçt Gününə həsr olunan ənənəvi mərasim baş tutacaq. Həmin gün 22 təsisçi dövlətin nümayəndələri Bern müqaviləsinin izmalandığı binaya dəvət olunacaq.

Qeyd edək ki, Azərbaycan 1993-cü ilin aprel ayında Ümumdünya Poçt İttifaqının üzvlüyünə qəbul olunub.  “Azərpoçt” MMC beynəlxalq poçt bağlamalarına dair beynəlxalq müştəri xidmətləri sistemi vasitəsilə hazırda dünyanın 173 ölkəsi ilə əməkdaşlıq edir.



Onlayn konsultasiya