Məşhur rəssam poçt markasında


18.06.2019 2037


Fransa poçtu “La Poste” iyun ayının 25-də “Qustav Kurbe (1819-1877)” adlı poçt markasını tədavülə buraxacaq.

Poçt markası məşhur fransalı rəssam və heykəltəraş Qustav Kurbeyə həsr olunacaq. Bu orijinal poçt markasının üzərində “Kurbe qara it ilə” adlı rəsm əsəri öz əksini tapacaq.

Markanın nominal dəyəri 2 avro 10 sent, ölçüləri isə 40.85 x 52 mm təşkil olunacaq. Layihə rəssam-dizayner Matilda Lorana məxsusdur. 

Qeyd edək ki, Qustav Kurbe XIX əsrdə fəaliyyət göstərən fransız rəssamdır. O, XIX əsrin realizm cərəyanının yaradıcılarından biri hesab olunur. Kurbe realizm cərəyanının yaradıcısı və bu termini gətirən ilk rəssam olaraq şöhrət qazanıb. Bir sənətkar olaraq təbiət və dəniz mənzərələri, eləcə də, məcazi kompozisiyalarla yanaşı, həm də sosial mövzulara toxunur, kasıbların ağır iş şəraitini əks etdirən əsərlər yaradırdı.
 



Onlayn konsultasiya