Şibyələr poçt markasında


21.06.2019 553


İyun ayının 27-də Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi “Şibyələr” seriyası çərçivəsində üç poçt markasını dövriyyəyə buraxacaq. Poçt markaları böyük və kiçik vərəqlərdə hazırlanacaq.

Böyük vərəq 100х132 mm ölçülərində hazırlanacaq və 9 markadan ibarət olacaq. Markalar 26х37 mm ölçülərində, hərəsi 36 min tirajla tədavülə buraxılacaq.

Kiçik vərəq isə 105х90 mm ölçülərində hazırlanacaq və 6 markadan ibarət olacaq. Vərəqin tiraji isə 15 min nüsxə təşkil edəcək. 

Poçt markaları  A.T.Nepoqodina adına “Bobruyskiy” çap evində işıq üzü görəcək.

Poçt markalarının dövriyyəyə buraxıldığı vaxt Minskdə 1№ li poçt rabitəsi şöbəsində (“Filateliya” mağazası, Moskovskaya küçəsi, 16) “İlk gün” zərfinin üzərinə xüsusi həkketmə həyata keçiriləcək. 

Layihə rəssam A. Mityanin və dizayner  M.Vitkovskiyə məxsusdur.

Qeyd edək ki, şibyələr təbiətdə çox geniş yayılıb. Onların nümayəndələrinə qütblərdən tutmuş mülayim iqlim qurşaqlarına qədər hər yerdə rast gəlmək olur. Mülayim və soyuq iqlim qurşaqlarında şibyələr daha geniş yayılıb. Tundra şəraitində şibyələrin geniş talaları vardır. Şibyələr dağlarda, qayaların, ağacların üzərində daha çox olur. Ümumiyyətlə, başqa bitkilərin yaşaya bilmədikləri yerlərdə şibyələr yaxşı bitir və daşların, qayaların üzərini bəzən tamamilə örtür. 



Onlayn konsultasiya