Zəngçiçəyi markalarda


27.06.2019 234


Rusiya poçtu “Rusiya Faunası” seriya çərçivəsində zəngçiçəyinə həsr olunan 4 poçt markasını dövriyyəyə buraxacaq. Orijinal markaların üzərində zəngçiçəyinin bir çox növləri öz əksini tapacaq.

Poçt vərəqi 100×150 mm ölçülərində, markalar isə 36,5×29 mm ölçülərində hazırlanacaq. Hər markanın nominal dəyəri 45 rubl, ümumi tiraji isə 70 min nüsxə təşkil olunacaq. Layihə rəssam-dizayner O. Savina məxsusdur.

Poçt markalarının dövriyyəyə buraxıldığı gün, Moskva şəhəri üçün “İlk gün” zərfi və ştempel hazırlanacaq. Bundan əlavə üzərinə xüsusi həkketmə həyata keçiriləcək.

Qeyd edək ki, zəngçiçəyinin adı latınca “campana” zəng sözündən əmələ gəlib. Bu bitki çiçək tacının formasiyası ilə izah olunur. 110 növü olan bu bitkinin gülçülükdə 2 növü yayılıb. Piramidaşəkilli zəngçiçəyi hündürlüyü 120 sm, salxıma yığılmış balaca, göy, bəzən ağ çiçəkləri olan ot bitkisidir.

Sıx zəngçiçəyi hündürlüyü 60 sm, bənövşəyi, bəzən ağ çiçəkləri olan bitkidir. Çiçəkləri bəzən yuxarı yarpaqların qoltuğunda bitir.



Onlayn konsultasiya