“Azərpoçt” MMC “Debit MasterCard Contactless” funksiyalı kartların emissiyasına başlayıb


24.07.2019 630


Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC real rejimdə “Debit MasterCard Contactless” funksiyalı kartların emissiyasına start verib.
 
Təmassız əməliyyatları dəstəkləyən bu kartlar vasitəsilə ölkədaxili əməliyyatlar həyata keçirilir. Belə ki, müştəri ödəniş zamanı kartı POS-terminala daxil etmədən və PİN kodu yığmadan, sadəcə terminala yaxınlaşdırmaqla məsafədən ödəniş edə bilir.

Kartı əldə etmək üçün şəxsiyyəti təsdiq edən sənədlə “Azərpoçt” MMC-nin Müştəri xidmətləri şöbəsinə müraciət etmək tələb olunur.

Qeyd edək ki, növbəti mərhələdə “Platinum”, “Gold” və “Standard” kartların yeni dizaynda və “contactless” funksiyası ilə emissiyası nəzərdə tutulur.


Onlayn konsultasiya