Slonim şəhərində Belarus yazısı günü


16.08.2019 2162


19 avqust 2019-cu ildə Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi “Belarus yazısı günü” orijinal markalı zərfini dövriyyəyə buraxacaq. Zərfin tiraji 30 min nüsxə olacaq. Layihə rəssam Tatyana Dolskaya və dizayner Yelena Medvedevaya məxsusdur.

Belarus yazısı günü hər il sentyabrın birinci bazar günü qeyd olunur. İlk dəfə 1994-cü ildə bayram tədbiri qədim Polotsk şəhərində keçirilib. Sonra bayramın paytaxtı ölkənin Turov, Novoqrudok, Nesvij, Orşa, Pinsk, Zaslavl, Mstislavl, Mir, Kamenets və digər önəmli tarixi mədəni mərkəzləri olub. XXVI Belarus Yazısı Gününü Slonim şəhəri qəbul edir.



Onlayn konsultasiya