Rusiya Dövlət Sirkinin 100 illik yubileyinə həsr olunan poçt bloku


29.10.2019 2082


Oktyabrın 30-da Rusiya Dövlət Sirkinın 100 illik yubileyinə həsr olunan poçt bloku dövriyyəyə buraxılacaq. Dairəvi formada arenanı xatırladan poçt blokunun üzərində sirk sənətinin bütün növləri, habelə məşhur sənətkarların - Y.Nikulin, O.Popov, V.Zapaşnoy, İ.Buqrimov, V.Durov kimi artistlərin portretləri öz əksini tapacaq.

 

Poçt blokunun dövriyyəyə buraxıldığı gün Moskva, Sankt-Peterburq, Orenburq, Kursk, Rostov-na-Don, Stavropol şəhərləri üçün “İlk gün” zərfi və möhür hazırlanacaq. Bundan əlavə markaların üzərinə xüsusi həkketmə həyata keçiriləcək. Layihə dizayner-rəssam S.Ulyanovskiyə məxsusdur.

 

Marka poçt blokunda yer alaraq 33 mm diametr ölçülərində tədavülə buraxılacaq. Poçt bloku isə 99 mm diametr ölçülərində hazırlanaraq, 30 min nüsxə ilə işıq üzü görəcək. Bu orijınal poçt markasının nominal dəyəri 100 rubl təşkil edəcək.



Onlayn konsultasiya