“Azərpoçt” MMC “Sizə məktub var” layihəsini həyata keçirir


07.11.2019 1996


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin Sumqayıt Poçt Filialı “Sizə məktub var” layihəsini həyata keçirir. Tədbir Sumqayıt şəhərinin 70 illiyinə həsr olunub.

Sumqayıt şəhərinin Poçt Filialının təşkilatçılığı və Yusif Məmmmədəliyev adına 31 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdlərinin iştirakı ilə keçirilən layihə böyük dostluqların təməlininin qoyulmasına bir töhfədir.

Şagirdlər “Azərpoçt” vasitəsilə respublikamızın müxtəlif bölgələrində yaşayan məktəblilərlə dostluq münasibəti quraraq ilin sonuna qədər bir-birinə məktub və açıqcalarla göndərəcəklər.

Vaxtlı-vaxtında məktub və bağlamaları ünvanına çatdıran Azərpoçtun işçi heyəti balaca sumqayıtlıları Xaçmazdan, Göyçaydan, Saatlıdan gələn təbrik məktubları ilə sevindirib.

Qeyd edək ki, Sumqayıt şəhərinin 70 illiyi ilə bağlı keçirilən tədbir zamanı “Azərpoçt” MMC-nin Sumqayıt Poçt Filialının 5 əməkdaşı şəhərin ictimai həyatında fəal iştirakına görə “Fəxri Fərmanla” təltif olunub.



Onlayn konsultasiya