Arktikanın sovet tədqiqatçısına həsr olunan poçt markası


18.11.2019 1853


Rusiya poçtu noyabrın 19-da İvan Dmitrоviç Papaninin anadan olmasının 125 illiyinə həsr olunan poçt markasını dövriyyəyə buraxacaq. Poçt markasının üzərində “Şimal qütbü-1” Arktik stansiyasının fonunda tədqiqatçı, coğrafiya elmləri doktoru, admiral və iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan İvan Papaninin portreti öz əksini tapacaq.

Poçt markasının dövriyyəyə buraxıldığı gün Moskva, Sankt-Peterburq, Sevastopol şəhərləri üçün “İlk gün” zərfi və möhür hazırlanacaq. Bundan əlavə markaların üzərinə xüsusi həkketmə həyata keçiriləcək. Layihə rəssam S.Sviridova və dizayner S.Ulyanovskiyə məxsusdur.

Marka poçt vərəqində yer alaraq 58×26 mm ölçülərində hazırlanacaq və 96 min tirajla tədavülə buraxılacaq. Poçt vərəqi isə134×113 mm ölçülərində 16 min nüsxə ilə işıq üzü görəcək.

İvan Papaninə həsr olunan bu orijinal poçt markasının nominal dəyəri 58 rubl təşkil edəcək.



Onlayn konsultasiya