“Poçt muzeyi” adlı marka


19.11.2019 1859


Fransa poçtu “La Poste” “Poçt muzeyi” adlı markanı tədavülə buraxıb. Bu yeni fransız poçt markası Parisdə Bulvard de Vaugirard 34 ünvanında yerləşən Poçt Muzeyinə həsr olunub.

Orijinal markanın nominal dəyəri 88 sent, ölçüləri isə 40.85 x 52 mm təşkil edir. Poçt vərəqində 30 marka təsvir olunub.

Layihə dizayner Elza Katelina məxsusdur.

Poçt Muzeyi (Musée de La Poste) 15 salondan və 5 mərtəbədən ibarətdir. Tarixi təxminən 500 il əvvələ söykənən və hazırda dünyanın ən inkişaf etmiş poçt xidmətilərindən birinin yerləşdiyi muzeyin binası nə dövlətin, nə şəhər rəhbərliyinin, nə də özəl mülkiyyət hesab olunmur. Bu poçt xidmətinin özünün mülkiyyətidir.



Onlayn konsultasiya