İki möhtəşəm arxitektura nümunəsinə həsr olunan markalar


21.11.2019 327


Noyabrın 22-də Rusiyanın Sankt-Peterburq şəhərindəki çoxfunksiyalı "Laxta-mərkəz" kompleksinə və Krestovski adasının qərbində yerləşən "Qazprom Arena" futbol stadionuna həsr olunan poçt bloku dövriyyəyə buraxılacaq. Poçt bloku iki markadan ibarət olacaq. Markaların üzərində dünyanın şimalda ən hündür göydələni hesab olunan “Laxta-mərkəz” kompleksi və 1,1 milyard dollara tikilən futbol stadionu “Qazprom Arena” təsvir olunacaq. Blokun kənarlarında isə Sankt-Peterburq şəhərinin gerbi yer alacaq.

Poçt markasının dövriyyəyə buraxıldığı gün Moskva, Sankt-Peterburq şəhərləri üçün “İlk gün” zərfi və möhür hazırlanacaq. Bundan əlavə markaların üzərinə xüsusi həkketmə həyata keçiriləcək.

Layihə rəssam-dizayner A. Moskovetsa məxsusdur.

Markalar poçt blokunda yer alaraq 65×32,5 mm ölçülərində hazırlanacaq və 35 min tirajla tədavülə buraxılacaq. Poçt bloku isə 112×80 mm ölçülərində işıq üzü görəcək.

Bu möhtəşəm, geniş miqyaslı iki tikinti layihəsinə həsr olunan orijinal poçt markalarının hər birinin nominal dəyəri 60 rubl təşkil edəcək.



Onlayn konsultasiya