Elektron ticarət həftəsi keçirəcək


20.11.2019 1927


Elektron ticarət bütün dünyada olduğu kimi, Belarus dövlətinin də logistika mərkəzinə çevrilməsində böyük rol oynayır. Beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkə üçün yeni imkanlar açır. “Belpoçt” elektron ticarətin müasir dövrdə vacib xidmət növü olduğunu nəzərə alaraq, bu cür tədbirləri mütəmadi keçirir. Elektron ticarət həftəsi onlayn mağazalarla ticarət obyektlərinin nümayəndələrinin marağına səbəb olur və sahibkarlar bütün mərasimlərdə aktiv iştirak edirlər. 

Bu dəfə elektron ticarət həftəsinə "Standard", "E-commerce MAX", "Standard +", "Elite" xidmət paketləri üzrə 10% endirim və 3 ay ərzində istifadə müddəti təqdim edilir. Bu paketlərə 30 kq-a qədər sifarişlərin çatdırılmasının müxtəlif növləri, “E-commerce MAX” xidmət paketində fiziki ağırlığı məhdudlaşdırmadan malların daşınması və onlayn mağazaların ehtiyaclarına əsasən digər xidmətlər daxildir.

"Belpoçta"nın  əsas vəzifəsi elektron ticarət sifarişlərinin Belarusiyada istənilən yerə və operativ çatdırılmasını, bu cür məhsulların daşınması və çatdırılması zamanı müştərilərin məmnuniyyətini tam  təmin etməkdir.  

Qeyd edək ki, xidmət paketlərinin təqdimatı Minskdə və bütün rayon mərkəzlərində keçiriləcək. Tədbirdə iştirak pulsuzdur!



Onlayn konsultasiya