Məşhur şəxsiyyətlərə həsr olunan poçt məhsulu


25.11.2019 2446


Serbiya milli poçt xidməti “Serbiyanın məşhur insanları” seriyası çərçivəsində poçt məhsulunu dövriyyəyə buraxıb. Seriya Serbiyanın tanınmış şəxsiyyətlərinə həsr olunub və aşağıdakı üç məhsuldan ibarətdir.

Memar və professor “Aleksandr Derokanın anadan olmasının 125 illiyinə” həsr olunan poçt markası və zərf;

Hüquqşünas, tarixçi, yazıçı “Slobadan İyovanoviçin anadan olmasının 150 illiyinə” həsr olunan poçt markası və zərf;

Arxeoloq və professor “Milo Vasiçin anadan olmasının 150 illiyinə” həsr olunan poçt markası və zərf;

Poçt vərəqində 10 marka təsvir olunub. Markalar 29x35 mm ölçülərində hazırlanaraq hər biri 25 min tirajla istehsal olunub. Bu maraqlı poçt markalarının nominal dəyərləri 27.00 dinardır.

Qeyd edək ki, Serbiyanın məşhur insanlarına həsr olunan poçt məhsulu “Forum” Novi Sad çap evində işıq üzü görüb. Layihə dizayner Boban Saviça məxsusdur.

 



Onlayn konsultasiya