Sumqayıt şəhərinin 70 illiyinə həsr olunan marka dövriyyəyə buraxılıb


22.11.2019 1626


Sumqayıt şəhərinin 70 illiyinə həsr olunan poçt markasının təqdimatı olub. Təqdimat mərasimində bildirilib ki, Sumqayıt şəhərinin 70 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən həyata keçirilib.

“Azərpoçt” MMC bu mötəbər, irimiqyaslı tədbirlərdə fəal iştirak edib. Həyata keçirdiyi bir sıra layihələrlə bayram tədbirlərinə öz töhfəsini verib.

Qeyd edək ki, “Azərpoçt” MMC-nin sifarişi ilə Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunan yeni poçt markası çap edilib. Buraxılış 6 markadan ibarət poçt vərəqi şəklində hazırlanıb. Markanın ölçüsü 37x52 mm, vərəqin ölçüsü isə 145x137 mm təşkil edir.

“Azərmarka” MMC tərəfindən hazırlanmış marka Belarus Respublikasının Bobruysk şəhərində 10 min tirajla çap olunub.

Tədbirin sonunda marka möhürü vasitəsilə poçt markasının söndürülməsi həyata keçirilib.



Onlayn konsultasiya