“Azərpoçt” MMC-nin əməkdaşları Cocuq Mərcanlıda əsgərlərlə görüşdü
28.12.2019
2086
Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Nazirliyi yanında “Azərpoçt” MMC-nin Füzuli rayon poçt filialının təşəbbüsü ilə Cocuq Mərcanlıda hərbçilərlə görüş keçirilib. Məqsəd düşmənlə üz-üzə, ön cəbhədə vətənin keşiyində dayanan əsgərlərlə həmrəylik nümayiş etdirməkdir.
Şəxsi heyət qarşısında çıxış edən “Azərpoçt” MMC-nin Füzuli poçt filialının əməkdaşları Azərbaycan əsgərinin işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəklərinə əmin olduqlarını bildiriblər. Qeyd olunub ki, Qafqazın ən böyük ordusuna malik Azərbaycan öz tarixi torpaqlarını istənilən zaman düşmən tapdağından azad etməyə hazırdır.
Sonda əsgərlərə bayram sovqatlaqları təqdim edilib.