“Şərq təqvimi” seriyası çərçivəsində yeni poçt markası


13.01.2020 1434


Yanvar ayının 24-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi “Şərq təqvimi” seriyası çərçivəsində “Siçan ili” adlı poçt markasını dövriyyəyə buraxacaq.

Poçt vərəqi 103х90 mm ölçülərində hazırlanaraq 6 markadan ibarət olacaq. Markaların ölçüləri isə 28х35 mm olmaqla 48 min tirajla tədavülə buraxılacaq.

Siçan ilinə həsr olunan bu poçt markaları A.T.Nepoqodina adına “Bobruyskiy” çap evində işıq üzü görəcək.

Poçt markalarının dövriyyəyə buraxıldığı vaxt Minskdə 1№ li poçt rabitəsi şöbəsində (“Filateliya” mağazası, Moskovskaya küçəsi, 16) “İlk gün” zərfinin üzərinə xüsusi həkketmə həyata keçiriləcək. 

Layihə rəssam Viktor Çayçuka və dizayner Evqeniy Bedonika məxsusdur.

Qeyd edək ki, Şərq ölkələrində qəbul edilmiş təqvimə əsasən 12 illik dövr daxilində hər il müəyyən heyvan simvolu altında keçir. Bu təqvimə əsasən, 2020-ci il siçan ili üzərində təhvil olacaq. Qaban ili 25 yanvarda öz yerini 21 fevral 2021-ci ilədək davam edəcək siçan ilinə təhvil verəcək.



Onlayn konsultasiya