Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Latviya səfiri ilə görüşüb


17.01.2020 1528


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Dainis Qarançslə görüşüb.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutan görüşdə ölkələrimiz arasında telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.  Bu il keçiriləcək “Bakutel-2020” Telekommunikasiya, İnnovasiya  və Yüksək Texnologiyalar sərgisində “Latviya pavilyonu” adı altında ölkənin innovasiya sahəsində nüfuzlu şirkətlərinin və startapların təmsil olunacağı əsas müzakirə mövzusu olub.

 

Eyni zamanda, hava daşımaları, dəniz və avtomobil nəqliyyatı  sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.



Onlayn konsultasiya