2019-cu ilin ən yaxşı poçt markaları sümük oymalarına həsr olunub


04.02.2020 1101


Rusiya Milli Filateliya Akademiyası 2019-cu ilin ən yaxşı poçt markalarını seçib.

 

"Rusiyanın dekorativ və tətbiqi sənəti" seriyası çərçivəsində sümük oymalarına həsr olunmuş dörd marka Rusiya Milli Filateliya Akademiyasına görə, 2019-cu ilin ən yaxşı nəşri olaraq tanınıb.

 

Poçt markalarının üzərində Xolmoqorsk sümük oyma məhsullarının parçaları, nenets ovu, quşlar, dovşan və bəzək əşyaları təsvir olunub. Sümük oyma əsasən şimalda yayılan qədim dekorativ sənət növüdür. Əksər məhsullar, estetik dəyəri ilə yanaşı, praktik tətbiqlərə malikdir və yalnız kiçik bir hissəsi daxili bəzək üçün istifadə olunur.

 

Poçt markalarının tirajı 120 min nüsxə təşkil edir. Bu orijinal poçt markaları bütün "Kolleksiyaçı"salonlarında mövcuddur.

Layihə dizayner-rəssam A.Moskovetsa məxsusdur.

 

Qeyd edək ki, Milli Filateliya Akademiyası (NAF) poçt tarixi, filateliya sahəsində fundamental və tətbiqi tədqiqatların əlaqələndirilməsi, poçt markaları kolleksiyasının inkişafı və tanııdılması istiqamətində fəaliyyət göstərir.



Onlayn konsultasiya