Yeni markalı zərf tədavülə buraxılacaq


11.02.2020 120


Fevral ayının 12-də Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi “Rəsm. M.K.Sevruk” adlı bədii markalı zərfi dövriyyəyə buraxacaq.

Orijinal markalı zərfin üzərində Belarus rəssam M.K. Sevrukun portreti yer alacaq, əsas təsvirdə isə rəssamın yaratdığı rəsm öz əksini tapacaq.

Bədii markalı zərfə əlavə olaraq xüsusi ştempel hazırlanacaq. Həmin ştempeldən xüsusi xatirə həkketməsinin həyata keçirilməsi üçün fevral ayının 27-də istifadə olunacaq.

20 min tirajla hazırlanacaq zərf və xüsusi xatirə ştempel rəssam- dizayner Yelena Medvedevaya məxsusdur.

Qeyd edək ki, layihə Belarusiya Milli İncəsənət Muzeyi ilə əməkdaşlıqda hazırlanır.



Onlayn konsultasiya