“Belpoçta”dan maraqlı aksiya


05.03.2020 2154


Mart ayının 5-də Belarusun milli poçt operatoru “Belpoçta” xüsusi ayrılmış poçt rabitəsi şöbələrində “Bahar iltifatı” adlı təbrik aksiyası keçirəcək.  Aksiya 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunacaq.

 

Xoş sözlər yazmaq, qadınları bayram münasibətilə təbrik etmək istəyən hər bir şəxsə “Belpoçta”nın əməkdaşları açıqca almağı təklif edəcək və təbrik aıqcalarının bütün Belarusa pulsuz göndərilməsini həyata keçirəcəklər.

 

Tədbir çərçivəsində müəssisənin mütəxəssisləri müştərilərə poçt kartlarına müraciət qaydalarına riayət olunması, ünvanların düzgün yazılması, yeni “Ödənişli göndəriş” xidməti, Belpoçta onlayn mağazasında mal və poçt məhsullarının alınması, habelə müəssisənin yeni xidmətləri, təqdimatları haqqında məlumat verəcəklər.

 

Qeyd edək ki, qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

 



Onlayn konsultasiya