Serbiya poçtu 180 illiyini qeyd edir


10.03.2020 2522


Serbiya poçtu “Serbiya poçtunun 180 illiyi” adlı poçt məhsulunu dövriyyəyə buraxıb. Poçt məhsulu bir markadan ibarətdir. Markanın ölçüsü 29 х 42 mm, tiraji isə 100 min nüsxə təşkil edir. Bu maraqlı poçt markasının nominal dəyərli 27.00 dinardır.

 

Serbiya poçtunun 180 illiyinə həsr olunan poçt məhsulu “Forum” Novi Sad çap evində işıq üzü görüb. Buraxılışa əlavə olaraq poçt zərfi və ştempel hazırlanıb.

 

Qeyd edək ki, Serbiya poçtu 180 illik yubileyinə çoxsaylı mükafatla daxil olub və Serbiyanın müasir milli tarixində mühüm rol oynamağa davam edir.

 

 



Onlayn konsultasiya