Müsabiqə bitti


11.03.2020 489


Yanvar-fevral aylarında keçirilən “Belarusiya Respublikasının ən yaxşı poçt markası” müsabiqəsi başa çatıb.

Müsabiqəyə 1132 anket təqdim edilib. Səsvermə nəticəsində ən maraqlı poçt markaları və blokları müxtəlif yerlərə layiq görülüb.

 

Birinci yerin sahibi 336 səslə, dizaynı Evqeniy Bedonika məxsus "Yeni iliniz mübarək" adlı poçt markası olub. 

 

319 səslə ikinci yerdə qərarlaşan poçt bloku 2019-cu ildə 1000 illik yubileyini qeyd edən qədim Brest şəhərinə həsr olunub.

Poçt blokunun dizayneri Marina Yurçikdir.

 

Üçüncü yerə layiq görülən poçt bloku Belarusiyanın nasist işğalçılarından azad edilməsinin 75 illiyinə həsr olunub. Poçt bloku 183 səslə qalib olub. Bu blokun dizaynı  Evqeniy Bedonika məxsusdur.

 

Qeyd edək ki, səsvermədə qaliblər mövzu müxtəlifliyi ilə seçilən minlərcə poçt markaları arasından müəyyən olunub. 



Onlayn konsultasiya