Nazir Ramin Quluzadə İsrail səfiri ilə görüşüb


11.03.2020 2334


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşüb.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutan görüşdə ölkələrimiz arasında nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bu il keçiriləcək “Bakutel-2020” Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində İsrail şirkətlərinin iştirakı, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı səfərlər və bilik mübadilləsi əsas müzakirə mövzuları olub.

 

Bildirilib ki, “İnnoweek-İnnovasiya həftəsi” çərçivəsində keçirilən tədbirlərdə İsrail nümayəndələri fəal iştirak ediblər.

 

Nazir Ramin Quluzadə ölkəmizin əməkdaşlığa açıq olduğunu və sahə üzrə İsrail təcrübəsinin öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.

 

Səfir Corc Dik əməkdaşlığın inkişaf etdirilməsi üçün İsrail tərəfinin maraqlı olduğunu bildirib.



Onlayn konsultasiya