"Azərpoçt" MMC-də də işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılır


09.04.2020 112645


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Azərpoçt" MMC-də də işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılır. 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə, yəni qeydiyyata alınan hər bir şəxsə 190 manat bank filiallarına və poçt şöbələrinə köçürülüb. Onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.Ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin ediləcəklər.

 

DiqqətYalnız SMS-də “Azərpoçt” MMC qeyd edilibsə, şəxsiyyət vəsiqənizi təqdim etməklə Azərpoçtun respublika üzrə sizə yaxın poçt şöbəsinə müraciət edin.

 



Onlayn konsultasiya