Poçt şöbələrinin iş vaxtı uzadıldı


24.04.2020 103649


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin poçt şöbələrinin (kənd poçt şöbələri istisna olmaqla) gündəlik iş vaxtı 1 saat uzadıldı.

 

Məqsəd Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimi müddətində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, eləcə də işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlara birdəfəlik ödəmənin verilməsi prosesində operativliyin təmin olunmasıdır.

 

Artıq Bakıda və regionlarda yerləşən poçt şöbələri bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək vətəndaşlara xidmət göstərəcək.

 

Paytaxtla yanaşı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşdakı “Şəbəkə” xidmət mərkəzləri də eyni iş rejimində çalışacaq.

 

Kənd poçt şöbələri isə əvvəlki iş rejiminə uyğun olaraq saat 09:00-dan 17:00-dək işləyəcək.



Onlayn konsultasiya