“Azərlotereya”nın ani lotereyaları “Azərpoçt”un şöbələrində satışa çıxarıldı


23.09.2021 366


"Azərlotereya" ASC yeni “Poz Qazan” ani lotereyalarının satışının daha səmərəli təşkili və satış arealını genişləndirmək məqsədilə “Azərpoçt” MMC ilə əməkdaşlığa başlayıb.

 

Tərəflər arasında bağlanmış müqaviləyə görə bazara yeni təqdim edilən ani lotereyaların satışı “Azərpoçt”un filial və şöbələrində də həyata keçiriləcək. Lotereyalar ilkin olaraq 70-i Bakı şəhərində olmaqla  223 poçt məntəqəsində satılacaq. Daha sonra poçt məntəqələrinin sayının artırılması nəzərdə tutulur.

 

Ani lotereyaların satışı, biletlərin yoxlanılması, uduşların verilməsi və digər zəruri prosedurların həyata keçirilməsi məqsədilə “Azərpoçt” MMC-nin əməkdaşlarına təlimlər təşkil olunub.

 

Beləliklə, lotereya həvəskarları ani lotereyaları və 2000 manata qədər olan uduşları istənilən “Azərpoçt” filial və şöbələrində əldə edə bilərlər. Qeyd edək ki, Böyük uduşun “Brilliant” ani lotereyasında məbləği 100.000 manat, “Qızıl” ani lotereyasında böyük uduş 25.000 manat, “Şans ulduzu” ani lotereyasında 50.000 manatdır.

 

 

 



Onlayn konsultasiya