Bu gün şəhid Rəşad Rəhimovun anım günüdür


09.11.2021 1335


Bu gün “Azərpoçt” MMC-nin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş əməkdaşı Rəşad İlqar oğlu Rəhimovun anım günüdür.

 

Bu münasibətlə şəhidin ailə üzvləri, dostları və iş yoldaşları məzarını ziyarət ediblər. Şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.

 

Tədbirdə Rəşad Rəhimovun vətənpərvərliyindən, keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb.

 

Qeyd edək ki, şəhid Rəşad İlqar oğlu Rəhimov 16 iyul 1985-ci ildə Tərtər şəhərində anadan olub. 2006-cı ildə ali məktəbi bitirdikdən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinə daxil olub və kursu uğurla başa vuraraq leytenant rütbəsi alıb. Zabit və tağım komandiri kimi xidmət göstərib. 2008-ci ildə ehtiyata buraxılıb. 2010-2011-ci illərdə Hərbiləşdirilmiş Mühafizə İdarəsində, 2011-ci ildən isə “Azərpoçt” MMC-də fəaliyyət göstərib.

 

Rəşad Rəhimov Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Rəşad Rəhimov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.



Onlayn konsultasiya