Sosial sığorta ödəmələrinə dair onlayn görüş keçirilib


10.11.2021 436


Sosial sığorta ödəmələrinin operativ həyata keçirilməsinin təmin olunması, bu sahədə sığortaedən və sığortaolunanlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən ölkənin ən böyük sığortaedənlərindən biri olan "Azərpoçt" MMC-nin Baş ofisi və 70 rayon filialının əməkdaşlarının iştirakı ilə onlayn görüş təşkil olunub.

 

Sosial sığorta ödəmələrinə dair qanunvericilik aktları, onların tətbiqi üzrə hüquqi və texniki məsələlərlə bağlı metodiki və təlimatlandırıcı xarakter daşıyan görüşdə bu sahədə tətbiq olunan yeniliklər, nəzərdə tutulan işlər barədə məlumat verilib.

 

Eyni zamanda texniki və metodiki yardım göstərmək məqsədilə sığortaedənlərə onlar tərəfindən göndərilən haqq-hesab cədvəllərində, əlavə edilən sənədlərdə buraxılan xətaların aradan qaldırılması istiqamətində tövsiyələr verilib.

 



Onlayn konsultasiya