“Azərpoçt” MMC müasir inkassator maşınları alıb


11.11.2021 1524


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC maliyyə lisenziyasına müvafiq olaraq əhaliyə göstərilən maliyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində layihələrini davam etdirir. Belə ki, poçt şöbələrində mövcud maliyyə vəsaitlərinin təhlükəsiz daşınmasını təmin etmək məqsədilə qurum tərəfindən 4 ədəd müasir inkassator maşını alınıb.

Qeyd edək ki, hazırda “Azərpoçt” MMC-nin respublika üzrə 1124 poçt şöbəsində vətəndaşlara maliyyə xidmətləri göstərilir.



Onlayn konsultasiya